Leysan yağışlar və torpaq sürüşməsi CAN ALDI: 53 nəfər öldü, minlərlə insan...

Leysan yağışlar və torpaq sürüşməsi CAN ALDI: 53 nəfər öldü, minlərlə insan...
11:18 4 Yanvar 2020
65 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyada leysan yağışların yol açdığı sel və torpaq sürüşmələrindən zərər çəkənlərin sayı açıqlanıb.

Publika.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 53 nəfər ölüb.

31 dekabrdan bəri yağan yağışlardan sonra 1 nəfər itkin düşüb. 173 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

Aidiyyəti qurumlar axtarış-xilasetmə, həmçinin, zərərçəkmiş bölgələrin təmizlənməsi və bərpası üçün hərəkətə keçib.

Meteorologiya, İqlim və Geofizika Qurumu leysan yağışların 10 yanvar tarixinə qədər davam edəcəyini bildirir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR