Azərbaycana qonaq gələn Rusiya vətəndaşları Qusarda qəzaya düşüb

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşları qonaq gələrkən “Toyota Corolla” markalı avtomobil yolda aşıb.

Avtomobildə olan ailə üzvləri Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların yüngül xəsarətlər aldıqları məlum olub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisəyə yolun qarlı hava şəraiti və yolun sürüşkənliyinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR