Azərbaycanın Türkiyə ilə imzaladığı sənəd ratifikasiya olunub

Azərbaycanın Türkiyə ilə imzaladığı sənəd ratifikasiya olunub
11:43 4 Yanvar 2020
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu təsdiq edilib.

Trend-in məlumatına görə, Protokolu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ratifikasiya edib.

Qeyd edək ki, Protokolu 2019-cu ilin 16 sentyabrında Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar.

Protokolda Komissiyanın 8-ci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.

Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın Protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul olunub.

Türkiyə Ticarət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin noyabr ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 25,610 milyon dollar artaraq 189,128 milyon dollar təşkil edib.

Nazirlikdən bildiriblər: "2019-cu ilin noyabr ayında Türkiyənin Azərbaycana ixracı 158,163 milyon dollar, Azərbaycandan idxal isə 30,965 milyon dollar olub".

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,798 milyard dollardan çox olaraq 106,541 milyon dollar artıb:

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycana ixracı 1,445 milyard dollar, Azərbaycandan idxalı isə 353,478 milyon dollar təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3172837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR