Dünyanı şoka salan hadisənin GİZLİ DETALLARI açılır - Tramp Süleymanini niyə öldürtdü?

Dünyanı şoka salan hadisənin GİZLİ DETALLARI  açılır - Tramp Süleymanini niyə öldürtdü?
11:43 4 Yanvar 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

“Ağ Ev sahibi Donald Trampın iranlı generalı neytrallaşdırması qərarının Amerikadakı daxili siyasətlə də bağlılığı var”.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu açıqlayıb.

O, məsələyə belə şərh verib: “Demokratlar Partiyasının üzvləri Nümayəndələr Palatasında Trampa qarşı impiçment prosedurunun başlanmasına səs vermişdilər. Ancaq bu qərar Senata göndərilmədi. Çünki Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan spikeri Nensi Pelosi Senatda respublikaçı çoxluğun impiçmenti təsdiq etməyəcəyini anladığından qərarı onlara göndərməyi yubadır. Bu isə Tramp üçün qəbuledilməzdir, çünki məsələnin prezidentin xeyrinə nöqtə qoyulmasını ləngidir.

Bu vəziyyətdə Tramp İrana zərbə vurur və hamı böyük müharibədən danışır. Bununla Tramp demokratlara da mesaj göndərir ki, “mən Amerikanın düşmənləri ilə mübarizə apararkən, Siz müharibə aparan dövlətin başçısının ayağının altını qazırsınz”. Amerikalıların əksəriyyəti prezidentlərini dəstəkləyəcəklər. Tramp Amerikada gündəmi dəyişməyə müvəffəq oldu. Amerikanın aparıcı televiziya kanalları artıq impiçmentdən yox, Amerika-İran qarşıdurmasından danışır və gələcək aylar üçün bu mövzu gündəmdən düşməyəcək. Trampa da elə bu lazım idi”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/300961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR