General Qasım Süleymanin nəşi İrana verilməyə bilər

“Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymanin nəşi İrana verilməyə bilər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Haşdi Şəbi” təşkilatı açıqlama yayıb. Açıqlamada bildirilir ki, ABŞ hücumu nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani və “Haşdi Şəbi” təşkilatının vitse-prezidentinin köməkçisi Əbu Mehdi əl-Mühəndis və həyatını itirən digər 6 adam üçün Bağdadda bu gün cənazə mərasimi təşkil ediləcək.

Bundan sonra general və digər öldürülən şəxslər Nəcəf şəhərində torpağa tapşırılacaq.

İranın Bağdaddakı səfiri isə İjc Məscid, Süleymaninin cənazəsinin İrana aparılacağını açıqlayıb. Xəbərdə bildirilir ki, Qasım Süleymaninin cənazəsi yanvarın 5-də İranın Kirman şəhərində dəfn ediləcək.Hələlik isə generalın cənazəsinin İrana veriləcəyi dəqiqləşməyib.

Qeyd edək ki, “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad aeroportuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR