Qaxda sahibsiz it sakinlərə hücum edib: 6 yaralı

Qaxda sahibsiz it sakinlərə hücum edib: 6 yaralı
12:12 4 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda sahibsiz it sakinlərə hücum edib.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 6 nəfərə hücum edib.
Nəticədə Qax sakinləri - 1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha 2 nəfər xəsarət alıblar. 
İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan 6 nəfər quduzluq əleyhinə peyvənd olunub. 
Məlumata görə, quduz olduğu ehtimal edilən it sakinlərə hücum etdikdən sonra naməlum istiqamətə gedib.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-sahibsiz-it-sakinlere-hucum-edib-6-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR