Azərbaycanda parlament seçkilərinə 2226 namizəd müraciət edib

Azərbaycanda parlament seçkilərinə 2226 namizəd müraciət edib
12:22 4 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib". 
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri isə imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".


Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/azerbaycanda-parlament-seckilerine-2226-namized-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR