Rəhim Rəhimli işdən çıxarıldı

Rəhim Rəhimli işdən çıxarıldı
12:42 4 Yanvar 2020
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"MTV Azərbaycan" kanalının rəhbərliyində dəyişiklik olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.

H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.

Qeyd edək ki, "MTV Azərbaycan" yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.

Onu da bildirək ki, məlumatı ilk dəfə "Mediatime" səhifəsi yayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/815295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR