Ucarda ZİL"KamAZ"a çırpılıb, mişar daşları yola səpələnib

Ucarda ZİL"KamAZ"a çırpılıb, mişar daşları yola səpələnib
12:42 4 Yanvar 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı - Qazax yolunun rayonun Qaradağlı kəndidən keçən hissəsində qeydə alınıb. Mişar daşı ilə dolu "KamAZ" markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən, arxadan gələn ZİL markalı yük maşını ona çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb və mişar daşları yola səpələnib.
Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınlarına ciddi ziyan dəyib. Fakt araşdırılır.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-zi-l-kamaz-a-cirpilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR