Həkimlər xərçəngsən deyib qadının hər iki sinəsini kəsdilər, illər sonra gerçək ortaya çıxdı - FOTO

Həkimlər xərçəngsən deyib qadının hər iki sinəsini kəsdilər, illər sonra gerçək ortaya çıxdı - FOTO
12:52 4 Yanvar 2020
75 Dünya
Ölkə mətbuatı
A- A+

28 yaşlı qadın həkim səriştəsizliyinin qurbanı olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hazırda 28 yaşında olan Sarah Boyle adlı qadına 25 yaşındaykən döş xərçəngi diaqnozu qoyulub.

Həkimlər İngiltərənin Staffordşir qraflığında yaşayan Saraya 2016-cı ilin iyun ayında xərçəng xəstəliyinə tutulduğunu söyləyib, təcili əməliyyat olunmağını bildiriblər.

Həmin ildə bıçaq altına yataraq hər iki sinəsi amputasiya edilən qadın bir müddət əvvəl öyrənib ki, o, ümumiyyətlə, sinə xərçənginə tutulmayıb.

2 övladı olan qadın mətbuata açıqlama verərək digər qadınları diqqətli olmağa, düzgün xəstəxana və həkim seçməyə səsləyib.

Qeyd edək ki, qadına yanlış diaqnoz qoyan həkim barəsində cinayət işi açılıb, araşdırma aparılır.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR