Yeni İl ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib

Yeni İl ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib
13:22 4 Yanvar 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Yeni İl ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib.
Bu barədə “Report”a Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov məlumat verib.
Onun sözlərinə görə, Yeni İl ərəfəsində ərəb turistlərin ölkəyə daha çox gəlişi müşahidə edilib: “Ümid edirəm ki, yaxın gələcəkdə digər ölkələrdən də turistlərin Azərbaycana gəlişində artım görərik. Bununla yanaşı, 2020-ci il üçün Azərbaycanın turizm bazarında əsas prioritet Asiya və Avropa ölkələri təşkil edəcək”. 
N.Bağırov vurğulayıb ki, 2019-cu ildə turist sayı 3 milyonu ötüb.Nəticədə 2018-ci illə müqayisədə 11,1 faiz artım baş verib. İlk "beşlik"də ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Avropa, Mərkəzi və Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarından müəyyən ölkələrdən azalma var.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm/yeni-i-l-erefesinde-azerbaycana-gelen-turistler-arasinda-erebler-ustunluk-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR