Süleymani bu səbəbə görə öldürülüb

Süleymani bu səbəbə görə öldürülüb
15:05 4 Yanvar 2020
106 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı:

"ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün "düzgün yol" seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq".

Bundan əvvəl Tramp ABŞ-n Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.

Yanvarın 3-də Süleymanini əvəz edən İsmayıl Qaani ABŞ-ın Yaxın Şərqdəki vətəndaşlarını öldürəcəyini deyib:

"Bir az səbirli olun, Orta Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR