Süleymani sui-qəsdində 11 sentyabr detalı - Müdafiə naziri açıqladı

Süleymani sui-qəsdində 11 sentyabr detalı - Müdafiə naziri açıqladı
15:13 4 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

“Süleymani minlərlə amerikalının öldürülməsindən məsuldur. 11 sentyabr hadisələrini gerçəkləşdirən 12 terrorçudan 10-nun Əfqanıstana getməsinə yardım edib”.

Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mayk Pens sosial media hesabında yazıb.

ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi barədə verdiyi qərara haqq qazandırmağa və administrasiyanı müdafiə etməyə çalışan Pens terrorçuların İranla əlaqəsi olduğuna işarə edib.

Qeyd edək ki, 11 sentyabr hadisələrini araşdıran komissiyanın hesabatında İran və ya Hizbullahın 11 sentyabr hadisələrinin planlaşdırılmasından xəbərdar olduğunu sübut edən dəlil tapılmayıb. 19 terrorçudan 15-nin Səudiyyə Ərəbistanından, digərlərinin isə BƏƏ, LivanMisirdən gəldiyi yazılıb. 600 səhifəlik hesabatda Süleymaninin adı belə keçməyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/300976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR