Məşhur rejissor generalın ölümünə görə Trampı tənqid etdi

Məşhur rejissor generalın ölümünə görə Trampı tənqid etdi
15:47 4 Yanvar 2020
97 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Oskar" mükafatını qazanmış müxalifyönlü məşhur rejissoru Maykl Mure iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra amerikan xalqına çağırış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Tvitter mesajındaprezident Donald Trampı tənqid edib. M. Mure çağırışında həmçinin valideynlərə oğlanlarını və qızlarını iki illik müharibəyə göndərmək üçün hazır olmağa səsləyib.

Qeyd edək ki, məşhur rejissor 2016-cı ildə prezident seçkiləri vaxtı "İn Trump land" adlı bir sənədli film çəkmişdi. Həmin filmdə Tramp haqqında tənqidi fikirlərini dilə gətirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR