“Oyunlara pul qoyuluşu edirdim” - Runi

“Oyunlara pul qoyuluşu edirdim” - Runi
16:12 4 Yanvar 2020
92 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi mərc oyunlarında iştirak etdiyini etiraf edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bunu boş vaxtlarını doldurmaq üçün etdiyini deyib: "O vaxtlar mən çox pul qazanan gənc oğlan idim. "Mançester Yunayted"in səfər oyunlarında oteldə qalırdım. İngiltərə millisinin toplanışı zamanı isə 7-10 gün oteldə qalmalı olurdum. Əlbəttə, bu zaman darıxdığımdan vaxtı öldürmək lazım gəlirdi.

Onda qumar oyunlarında iştirak vəziyyətdən çıxış yolu idi. Pul qoyuluşunu telefonla edirdim. Yəni özüm bukmeykerlərin yanına getmir və məhdudiyyətlər olan yerlərdə mərc etmirdim. Sən uduzanda nə qədər əvvəlcə nə qədər pul itirdiyini hiss etmirsən. Öncə udurdum və bu, səni oyuna daha da şirnikləndirirdi. Daha sonra uduzmağa başladım. Və yenə oynayırdım ki, uduzduqlarımı geri qaytara bilim. Mən ölkəni və klubu təmsil edirdim. Əlbəttə, uduzanda bu, səni təsir edirdi. Xoşbəxtlikdən itirdiyimi qaytara bildim və bir daha mərc etmədim. Səhvlərimdən nəticə çıxardım. Mərclərdə iştirak etməyə davam etsəniz, daha çox şey itirəcəksiniz. Onda pis vəziyyətdə qala bilərsiniz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR