Baş nazir ordudan 3 min əsgəri çağırdı - Ölkə tarixində BİR İLK

Baş nazir ordudan 3 min əsgəri çağırdı - Ölkə tarixində BİR İLK
17:13 4 Yanvar 2020
113 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Baş naziri Skott Morrison ölkədə aylardır ki, davam edən meşə yanğınlarının qarşısını almağa yardım etməsi üçün ordudan 3 min əsgəri çağırıb.

Publika.az xəbər verir ki, bunu Baş nazirin özü bəyan edib.

Morrison bu gün küləyin təsiri ilə bir çox nöqtədə yeni yanğınların başladığını və davam edən yanğınların sürətinin artdığını qeyd edib.

BBC-nin məlumatına görə, Müdafiə naziri Linda Reynolds ölkə tarixində ilk dəfə əsgərlərin belə bir durum üçün xidmətə çağırıldığını deyib.

Qeyd edək ki, Avstraliyada meşə yanğınları ötən ilin sentyabr ayında başlayıb. Bu günə qədər 1300 ev və 2 milyon hektar ərazi külə dönüb. 23 nəfər ölüb, onlarla insan itkin düşüb. Minlərlə meşə heyanı tələf olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR