Xərçəng hüceyrəsinin yayılmasına səbəb olan qidalar - ALİMLƏR ARAŞDIRDI

Xərçəng hüceyrəsinin yayılmasına səbəb olan qidalar - ALİMLƏR ARAŞDIRDI
17:18 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

ABŞ alimləri xərçəng hüceyrələrinin böyüməyini stimullaşdıran qidaları araşdırıblar.

Publika.az xəbər verir ki, onkoloqların fikrinə görə bunlar, yağlı qidalardır. Mütəxəssislər piyləri xərçəng hüceyrələri üçün "ideal qida" adlandırıblar.

Xərçəng hüceyrələri orqanizmə daxil olan piyləri daha tez böyümək və inkişaf etmək üçün istifadə edirlər.

Digər tərəfdən, çoxlu miqdarda piyləri qəbul edən xərçəng hüceyrələri xərçəng əleyhinə dərmanlara qarşı daha davamlı olur və onları məhv etmək çətinləşir.

Mütəxəssislər xəbərdarlıq edir ki, insan nə qədər çox yağlı yeməkləri yeyir və çəkisini artırırsa, bədxassəli hüceyrələrin də orqanizm boyu yayılması prosesi sürətlənir.

Alimlər belə nəticəyə gəliblər ki, yağlı qidalarla zəngin olan qidalanma xərçəngin risk faktoru sayıla bilər.(Sağlamolun.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/300986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR