"Bornmut" klubu "Qarabağ"ın qapıçısının gələcək taleyi ilə bağlı gözləməyi məsləhət görüb

"Bornmut" klubu "Qarabağ"ın qapıçısının gələcək taleyi ilə bağlı gözləməyi məsləhət görüb
18:02 4 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubu ilə icarə müddəti başa çatan qapıçı Asmir Beqoviç müqavilə üzrə məxsus olduğu İngiltərə "Bornmut"unun düşərgəsinə gələn həftə qoşulacaq.
"Report"un məlumatına görə, bu barədə "Bornmut"un baş məşqçisi Eddi Hou "Daily Echo"ya açıqlamasında bildirib. O, Beqoviçlə bağlı növbəti addımı atmaq üçün bir qədər gözləməyi məqsədəuyğun sayıb.
"Qarabağ" 32 yaşlı qolkiperi komandada saxlamaq istəsə də, danışıqlar nəticə verməyib. Hazırda bosniyalı oyunçu ilə "Vest Hem", "Derbi Kaunti" və "Birmingem Siti" də maraqlanır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bornmut-klubu-qarabag-in-qapicisinin-gelecek-taleyi-ile-bagli-gozlemeyi-meslehet-gorub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR