“MediaTek Dimensity 1000L” çipi ilə təchiz edilən “Oppo” smartfonu nümayiş olunub

“MediaTek Dimensity 1000L” çipi ilə təchiz edilən “Oppo” smartfonu nümayiş olunub
19:17 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Oppo" şirkəti Çində yeni "Reno3 Pro" və "Reno3" smartfonlarını təqdim edib. Birinci model "Snapdragon 765G" prosessoru ilə işləyir, ikincisi isə dünyada ilk dəfə özündə dörd "Cortex-A77" və dörd "Cortex-A55" nüvəsini birləşdirən "MediaTek Dimensity 1000L" çipi ilə təchiz edilib (hər iki smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyir).

illi.Az ictnews.az-a istinadən bildirir ki, "Reno3 Pro" modeli 6,5 düymlük "OLED" ekranla təchiz olunub. Arxa panelində dörd kamera yerləşən qurğu "ColorOS 7" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Akkumulyator tutumu 4 025 milliamper/saat təşkil edir.

"Reno3" modeli də 6,5 düymlük "OLED" ekrana malikdir. Qurğunun əsas kamerası 64 meqapiksellidir. Qrafik prosessor qismində "Mali-G77" çıxış edir. Modellərin akkumulyator tutumları da eynidir (4 025 milliamper/saat).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR