D vitamininin aşırı qəbulu böyrəklər üçün zərərlidir - Nefroloqdan XƏBƏRDARLIQ

D vitamininin aşırı qəbulu böyrəklər üçün zərərlidir - Nefroloqdan XƏBƏRDARLIQ
19:37 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Müntəzəm və analizlərə diqqət yetirmədən D vitamini qəbulu böyrəklərə pis təsir edib, gözlənməyən problemlər yarada bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın 2 saylı nefroloji xəstəxanasının baş həkimi bildirib.

O bildirib ki, kor -koranə, hətta analizdə D əskikliyi olsa da dozanı dəqiqləşdirmədən və qanda kalsiumun səviyyəsini bilmədən D vitamini qəbul etmək neftotoksiki təsir edir.

D vitamin və kalsiumun doza artıqlığı hiperkalsemiyaya səbəb olur ki, bu da böyrəkləri zədələyir.
D vitamini qəbul edənlər qanda kalsium və fosforun səviyyəsini daim nəzarətdə saxlamalıdırlar.

"Mən bunu nəzərə çatdırmaqla insanları vitamin D-dən uzaq tutmaq istəmirəm. Qışda, soyuqda Günəş olmadığı vaxt D vitamini vacibdir. Lakin aşırı dozanın, xüsusən kalsium və fosforun artmasının nefrotiksiki olmasını bilməlisiz. D vitamini qəbulundan əvvəl, kursun ortasında və sonunda qanda kalsium, fosfor analizini verin".

Qeyd edək ki, nefrotoksiklik dərmanlarda olan kimyəvi maddələrin orqanlara zəhərli təsiri deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR