Ermənistanda kütləvi davada 5 nəfər xəsarət aldı, saxlanılanlar var

Ermənistanda kütləvi davada 5 nəfər xəsarət aldı, saxlanılanlar var
19:43 4 Yanvar 2020
18 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda kütləvi dava olub.

Publika.az-ın bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.

Zartonk kəndində baş verən qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Ölkə polisinin mətbuat xidməti bildirib ki, hadisəyə avtomobillərdən birinin sürücüsünün sürət həddini aşması səbəb olub. Nəticədə bir neçə nəfər arasında kütləvi dava başlayıb. Onlardan 5-i müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Qeyd edilir ki, yaralılardan biri bıçaq xəsarəti alıb.

Polis davada iştirak edən 13 nəfəri saxlayıb. / Report


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/300996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR