Paytaxtın əsas yollarında sürət həddi endirildi

Paytaxtın əsas yollarında sürət həddi endirildi
20:48 4 Yanvar 2020
25 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd edilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR