Fransa və İraq prezidentləri arasında telefon danışığı olub

Fransa və İraq prezidentləri arasında telefon danışığı olub
20:52 4 Yanvar 2020
28 Digər
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makronla iraqlı həmkarı Bərham Saleh arasında telefon danışığı olub.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Yelisey sarayının rəsmi məlumatında bildirilir ki, liderlər sonrakı eskalasiyadan qaçmaq üçün əlaqələri davam etdirməyi razılaşdırıblar.
"Respublikanın prezidenti bu səhər İraq prezidenti Bərham Salehlə danışıb. Artan gərginlik qarşısında (Makron-red) təhlükəsizliyə və İraqın müstəqilliyinə sadiqliyini təsdiq edib", - bəyanatda bildirilir.
Qeyd olunur ki, "iki prezident gərginliyin sonrakı artımından qaçmaq üçün və bütovlükdə İraqın, regionun sabitliyi naminə sıx əlaqə saxlamağı razılaşdırıb".


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransa-ve-i-raq-prezidentleri-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR