Car of the Year Japan müsabiqəsinin qalibi elan edilib

Car of the Year Japan müsabiqəsinin qalibi elan edilib
21:05 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Yaponiyada keçirilən "İlin avtomobili" müsabiqəsinin qalibi elan olunub. Yaponiyanın baş avtomobil mükafatı iki il ardıcıl Isveçə yollansa da, bu dəfə mükafat ölkədə qalıb. Car of the Year Japan titulu Toyota RAV4 krossoverinə qismət olub. 69 yerli jurnalistdən ibarət olan münsiflər heyəti ilin avtomobilini son bir ildə bazarda debütü etmiş avtomobillər arasından seçir. İlkin olaraq, namizədlər siyahısında 35 avtomobil vardı ki, onlardan yalnız 13-ü yapon markalarının modelləri olub. Finalçılar onluğuna isə yerli avtoistehsalçıların altı modeli düşüb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, "İlin avtomobili" tituluna layiq görülən Toyota RAV4 436 xal toplayaraq birinci olub. Onu 328 xalla Mazda3 və 290 xalla BMW 3 Series təqib edib. Avropada "İlin avtomobili" seçilmiş Jaguar i-Pace cəmi 109 xal toplayaraq beşinci olub.

Car of the Year Japan müsabiqəsi 1980-ci ildən başlayaraq keçirilir. Toyota markası isə səkkiz dəfə bu müsabiqənin qalibi olub. Qeyd etmək lazımdır ki, Toyota markasından olan son qalib, 10 il bundan öncə bu titula layiq görülmüş Toyota Prius modelinin üçüncü nəsli olub. Toyota RAV4 modeli isə münsiflər heyətini rahatlığı, hərəkət xüsusiyyətləri, iri baqaj bölməsi və üç növ tam çəkiş sistemindən seçim imkanına görə fəth edib.

Bundan başqa, müsabiqənin təşkilatçıları digər nominasiyalar üzrə də qalibləri müəyyən ediblər. Ən yaxşı xarici avtomobil nominasiyasında BMW 3 Series, ən mütərəqqi avtomobil ProPilot 2.0 elektron kompleksinə malik olan yenilənmiş Nissan Skyline sedanı, ən emosiyalı ofrouder - Jeep Wrangler, keykarlar arasında qalib isə Nissan Dayz/Mitsubishi eK ailəsi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR