İstədiyim komandanı qurmaq üçün zamana ehtiyac var - Mourinyo

İstədiyim komandanı qurmaq üçün zamana ehtiyac var - Mourinyo
21:08 4 Yanvar 2020
99 İdman
Ölkə mətbuatı
A- A+

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo istədiyi komandanı qurmaq üçün zamana ehtiyacı olduğunu düşünür.

Publika.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Yürgen Kloppun "Liverpul"dakı işini nümunə gətirərək fikrini izah edib:

"Liverpul" bu gün dünyanın ən yaxşı komandasıdır. Mən "Google" axtarış sisteminin köməyindən istifadə etdim və əmin oldum ki, Klopp 2015-ci ilin oktyabrından klubu çalışdırır, indi isə 2020-ci ildir. O, vaxtdan artıq 8 transfer pəncərəsi keçib. Ən vacibi isə Klopp öz fəlsəfəsi və metodlarından istifadə etməyə vaxt tapdı. Onlar addımbaaddım işləyirdilər və bu fantastik işlər belə gözəl nəticələri gətirdi. Klopp "Liverpul"dakı 1-ci mövsümünü neçənci bitirdi? Səkkizinci! Dörd ilsonra isə "Liverpul" dünyannın ən yaxşı komandasıdır". / Qol.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/301000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR