ABŞ İranla bağlı strategiyasını dəyişməyəcək

ABŞ İrana qarşı münasibətdə mövcud strategiyasını dəyişməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, İrana ən sərt sanksiyalar davam etdiriləcək, eləcə də ABŞ-ın maraqlarını qorumaq üçün tədbirlər görüləcək.

Bundan əlavə, Dövlət Departamenti rəsmi Vaşinqtonun iranlı general Qasım Süleymaninin terrorçu olması, bölgədəki müharibələrin qızışdırılmasına görə məsuliyyət daşıması ilə bağlı mövqeyini təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR