Bölgə sarsılacaq - Ruhanidən müharibə bəyanatı

Bölgə sarsılacaq - Ruhanidən müharibə bəyanatı
21:33 4 Yanvar 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

“General Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi gərginliyin artmasına və bölgənin sarsılmasına yol açacaq”.

Publika.az Anadolu agentliyinə istinadən məlumat verir ki, İran prezidenti Həsən Ruhani Qətərin Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Tehranda baş tutan görüşündə belə deyib. O, iranlı generalın Bağdadda öldürülməsini İraqın ərazi bütövlüyünün pozulması və iraq xalqına təhqir kimi qiymətləndirib.

Ruhani bildirib ki, İran dost ölkələrdən ABŞ-ın həyata keçirdiyi cinayəti sərt şəkildə pislməsini gözləyir. Dövlət başçısının sözlərinə görə, amerikalı hərbçilərin Yaxın Şərqdəki varlığı bölgəni məhvə sürükləyir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR