Qısa video hazırlamaq üçün tətbiqlər

Qısa video hazırlamaq üçün tətbiqlər
21:42 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Qısa video hazırlayan platformalar ilə əyləncəli məzmunlar yaratmağa nə deyirsiniz?

Qısa videolar artmaqdadır və bu yazımda video hazırlayarkən istifadə edə biləcəyiniz bəzi praktik tətbiqlərə yer verdim.

Video hazırlamaq gözünüzü qorxutmasın.Təklif edəcəyim tətbiqlər ilə qısa müddətdə möcüzələr yarada bilərsiniz. Adi bir ağıllı telefonla çəkə biləcəyiniz bu videolar ilə sosial mediada maraq yaradan məzmunlar yarada bilərsiniz.

Niyə qısa videolar?

Milli.Az facemark.az-a istinadən bildirir ki, əvvəlcə qısa videolar barədə ümumi məlumat vermək istərdim. 1-2 dəqiqə davam edən hərəkətli görüntüləri qısa video adlandırırıq. Qısamüddətli, tez istehlak edilə bilən və yüksək qarşılıqlı əlaqədədir. Bu cür videolar üçün bir istehsal studiyasına ehtiyacınız yoxdur.

İndi videoların artması məlumdur, qısa videolar isə sizi bu hərəkətli işlərə başlamağa sövq edir. Əgər kamera qorxusu varsa, qısa videolardan başlayaraq bu qorxunu dəf edə bilərsiniz. Videolara marağın artması mobil məlumat bağlantısı sürətinin artması ilə də əlaqədardır. İndi mobil əlaqələrin 60 faizindən çoxu "genişzolaqlı" kimi təsnif edilə bilər. Mobil məlumat bağlantısı dünyada sürətlənir və videolara marağı artır.

İnternet istifadəçilərində artım davam edir. 2017-ci ildə 200 milyondan çox insan ilk mobil cihazını satın aldı və dünyadakı 7.6 milyard əhalinin üçdə ikisi cib telefonuna sahibdir. Buna görə video istehlakı, əsasən mobil cihazlardan olur. Bu gün istifadə olunan mobil telefonların yarıdan çoxu "ağıllı" cihazdır. Bu istifadəçilərə harada olursa olsun, zəngin bir internet təcrübəsindən zövq almağa imkan verir.

Qısa video etmək üçün tətbiqlər

Videolara marağın artması nəticəsində meydana çıxan, sizin üçün seçdiyim bu tətbiqetmələrlə asanlıqla qısa videolar yarada bilərsiniz.

Hyperspektiv

Hyperspektiv, effektiv videolar çəkə və şəkillərinizə effektlər tətbiq edə biləcəyiniz sadə bir tətbiqdir. Filtrlər arasında keçid etməyi asanlaşdıran techno-kaleidoscope xüsusiyyəti ilə yaradıcı işlər hazırlayacağınız iOS cihazlarınızda tətbiqdən istifadə edə bilərsiniz.

Moodelizer

Qısa videolarınızı musiqilər və səs effektləri ilə hazırlamaq istəyirsinizsə, bu proqramı sevəcəksiniz. Tətbiqdə, eyni zamanda canlı musiqi redaktoru, dinamik musiqi formatı, "Rehearse ve Record" rejimləri daxildir. Tətbiqi, həm Android, həm də iOS cihazlarında istifadə edə bilərsiniz.

Glimpse

Glimpse, video hekayələrinizi sürətli və asan bir şəkildə çəkməyinizə və redaktə etməyinizə imkan verən praktik bir tətbiqdir. Glimpse, mürəkkəb redaktə proqramı olmadan qısa videolar yaratmağa imkan verir. Avtomatik görüntü sabitləşdirmə, fənər dəstəyi, çərçivə, portret və ya mənzərəli video hazırlaya biləcəyiniz tətbiq, həm Android, həm də iOS cihazlarında istifadə edə bilərsiniz.

Ooo-play with zoom

Ooo tətbiqi telefonlarınızın kamerasını adətən bir oyuncaq halına gətirir. Xüsusilə gənclərin favorisi olan tətbiqi ilə super uzaq ,super tez, super yavaş qısa videolar çəkə bilərsiniz. Hazır musiqiləri və səs effektlərini də istifadə edəbiləcəyiniz tətbiqi iOS cihazlarında faydalanmaq olar.

1 Second Everyday

Mobil kameranızı istifadə etməyin müxtəlif yolları var. Bu proqramlar ilə hər gün 1 saniyə video çəkməklə yadda qalan qısa videolar hazırlaya bilərsiniz. Bu proqramı, həm Android, həm də iOS cihazlarında istifadə edərək, aylıq, mövsümi və ya son bir ilinizin xülasələrini videolarla ifadə etməyi asanlaşdıra bilərsiniz.

Musemage

Musemage, real vaxt cəhd edə biləcəyiniz yaradıcı filtrləri və effektləri ilə yaradıcı işlər yarada biləcəyiniz sadə bir tətbiqdir. Bu da fərqli texnikalarla, xüsusən də dayanma hərəkətləri ilə təsirli videolar çəkməyə imkan verir. Stop-motion başda olmaqla fərqli texnikalarla diqqət çəkən videolar çəkməyinizi mümkün edən tətbiqi, həm Android, həm də iOS cihazlarında istifadə edə bilərsiniz.

Triller

Triller, həm qısa videolar çəkə biləcəyiniz, həm də bu videoları paylaşmaqla ictimailəşdirə biləcəyiniz bir sosial video cəmiyyətidir. Cəmiyyətdə Selena Gomez, Rita Ora və Justin Bieber kimi məşhur müğənnilərin də qısa videoları da var. Gənclərin sevimlisi olan tətbiqi, həm Android, həm də iOS cihazlarında istifadə edə bilərsiniz.

Sizə tövsiyə etdiyim bu qısa video hazırlama tətbiqetmələri ilə paylaşımlarınızı artıra və daha cəlbedici məzmun yarada bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR