Turist gəmisində yanğın baş verib - sərnişinlər təxliyə edilib

Turist gəmisində yanğın baş verib - sərnişinlər təxliyə edilib
21:52 4 Yanvar 2020
27 Dünya
Ölkə mətbuatı
A- A+

Nil çayı boyunca səyahət edən "Grand Sun" turist gəmisində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Misir Turizm və Abidələrlə İşlər üzrə Nazirliyi bildirib.

Bildirilib ki, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın mülki xilasetmə xidmətləri tərəfindən söndürülüb.

Gəminin bütün sərnişinləri təxliyə edilib və başqa bir kruiz gəmisinə yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR