Abşeronda avtomobil bir ailənin 4 üzvünü vuraraq xəsarət yetirib

Abşeronda avtomobil bir ailənin 4 üzvünü vuraraq xəsarət yetirib
21:52 4 Yanvar 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Abşeronda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.
“Daewoo Nexia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladlari - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub. Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-avtomobil-bir-ailenin-4-uzvunu-vuraraq-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR