Bu elektron siqaretlər qadağan olunub- Risklərinə görə

Bu elektron siqaretlər qadağan olunub- Risklərinə görə
22:05 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

ABŞ-da elektron siqaretlərlə bağlı yeni qərar qəbul olunub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Qida və Dərman Təşkilatı (FDA), meyvə, şəkər, nanə, şirniyyat ətirli bütün elektron siqaretlərin istehsalı və satışının qadağan olunması barədə qərar çıxarıb.

Qurumun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, tütün və mentol xaric diğər bütün xüsusi ətirli elektron siqaretlərin hazırlanması, yayılması və satışını 30 gün içində dayandırmayan şirkətlər cəzalandırılacaq.

Buna səbəb son zamanla uşaqlar və gənclər arasında xüsusi iyli elektron siqaretlərin geniş yayılması, elektron siqaretlərin fəsadlarından xəstəxanalara müraciətlərin çoxalması göstərilir.  

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp elektron siqaretlərdən qaynaqlanan ölüm hallarının artmasını nəzər alaraq bütün dadlı elektron siqaretlərin qadağan olunacağını bətyan etmişdi.

Ötən il Ümumdünya Səhiyyə Təşkilatı gənclər arasında elektron siqaret alüdəçilərinin sayının artdığını, bunun çox ciddi təhlükə mənbəyi olduğunu bəyan edib.

Son illər gənclər arasında elektron siqaretdən istifadə halları sürətlə yayılıb. Elektron siqaretlərin ənənəvi siqaretlərdən az zərərli olduğunu düşünən və ya siqareti tərgitmək niyyətində olan bir çoxları elektron siqaretə müraciət edirlər.

Araşdırmalara görə, elektron siqaretlər ürək-damar, onkoloji xəstəliklər riskini artırır. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasına ciddi ziyan vurur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR