Azərbaycanda qaz hasilatı xeyli artıb

Azərbaycanda qaz hasilatı xeyli artıb
22:29 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Anastasiya Savçenko - Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 34,3 milyon ton neft və qaz kondensatı hasil edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır.

Trend-in məlumatına görə, eyni dövrdə hasil edilən qazın həcmi, 22,1 milyard kubmetr əmtəə qazı da daxil olmaqla, təqribən 32,1 milyard kubmetr təşkil edib. İl ərzində bu göstəricilər müvafiq olaraq 16 faiz və 27,1 faiz artıb.

1 dekabr 2019-cu il tarixinə hazır məhsulun (neftin) ehtiyatı 203 min ton təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 38,76 milyon ton neft və qaz kondensatı istehsal edilib ki, bu da təxminən 2017-ci ildəki göstəriciyə bərabərdir. Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun payına düşür.

2018-ci ildə Azərbaycanda qaz hasilatı 30,59 milyard kubmetr (7,1 faiz artım), əmtəə qazın hasilatı isə 19.2 milyard kubmetr (5,8 faiz artım) təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3172979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR