Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
23:17 4 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 40 yaşlı qadını avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçən Təranə adlı qadını (soyadı dəqiqləşdirilir-red) vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadinin-xesaret-almasi-ile-neticelenen-yol-neqliyyat-hadisesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR