Sumqayıt sakini dəm qazından boğularaq ölüb

Bu gün Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Şəhərin 8-ci mikrorayon ərazisində yaşayan Adışirin Babayev evdə dəm qazından boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR