SON DƏQİQƏ: İrimiqyaslı hücumların anonsu verildi - Əhali təhlükəsiz ərazilərə köçür

SON DƏQİQƏ: İrimiqyaslı hücumların anonsu verildi - Əhali təhlükəsiz ərazilərə köçür
00:03 5 Yanvar 2020
146 Digər
Ölkə mətbuatı
A- A+

“Hizbullah” qruplaşması İraqın təhlükəsizlik qüvvələrinə və əhaliyə müraciət edib.

Publika.az-ın məlumatına görə, yazılı müraciətdə təhlükəsizlik qüvvələrinə və sakinlərə ABŞ hərbi bazalarından azı 1 kilometr uzaq qalmaları barədə çağırış edilib. Bu çağırışa axşam saatlarından başlayaraq əməl olunması tələb olunub. Məlumata görə, sakinlər bu çağırışa artıq əməl etməyə başlayıb.

Xatırladaq ki, bir neçə dəqiqə əvvəl ABŞ-ın Bağdaddakı səfirliyi ardınca isə amerikalı hərbçilərin olduğu “Bələd” bazası raketlərlə atəşə tutulub. Yaralıların olduğu bildirilir. Yerli mənbələr yazır ki, “Hizbullah”ın bu çağırışı ABŞ bazalarına hücumların davam edəcəyi ilə bağlıdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən Bağdadda öldürülməsindən sonra bölgədə vəziyyət son dərəcə gərgindir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR