“Mançester Siti” İngiltərə Kubokunun 1/16 finalına çıxıb

“Mançester Siti” İngiltərə Kubokunun 1/16 finalına çıxıb
00:12 5 Yanvar 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" futbol komandası İngiltərə kubokunun 1/32 final matçında "Port Veyl" klubunu qəbul edib.
“Report”un məlumatına görə, görüş Mançesterdəki "Etihad” stadionunda baş tutub və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab artıq 19-cu dəqiqədə açılıb — meydan sahiblərinin ukraynalı legioneri Aleksandr Zinçenko fərqlənib. Qonaqlar matçın 35-ci dəqiqəsində hesabı bərabərləşdiriblər, ancaq fasiləyə az qalmış meydan sahibləri yenə hesabda önə çıxıblar - Serxio Aquero komandasının ikinci qolunu vurub.
Qarşılaşmanın ikinci hissəsində yalnız "Mançester Siti" azarkeşlərini sevindirib - 58-ci dəqiqədə Teylor Harvud-Bellis fərqlənib, 76-cı dəqiqədə Filip Foden qonaqları 4-cü dəfə oyuna mərkəzə başlamağa məcbur edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-i-ngiltere-kubokunun-1-16-finalina-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR