Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
01:22 5 Yanvar 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Dövlət başçısı postuna əvvəlki raundun nəticəsinə görə birinci və ikinci yeri tutmuş müxalifətçi Sosial Demokrat partiyasından namizəd Zoran Milanoviç (29,55%) və hazırkı prezident Kolinda Qrabar-Kitaroviç (26,65%) iddialıdır.
Xorvatiyanın Dövlət Seçki Komissiyası bildirib ki, seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılacaq. Respublikada və ondan kənarda ümumilikdə 6,5 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.
İkinci turda əksəriyyətin seçici səsini toplayacaq namizəd qalib elan ediləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/xorvatiyada-prezident-seckilerinin-ikinci-turu-kecirileceksdfge

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR