Liviyada Haftarın silahlılarının hücumu zamanı 28 nəfər həlak olub

Liviyada Haftarın silahlılarının hücumu zamanı 28 nəfər həlak olub
04:22 5 Yanvar 2020
107 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada Haftarın silahlıları paytaxt Tripolidən cənubakı Al-Hadbe ərazisində hərbi məktəbə hava zərbəsi endiriblər.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, hava hücumu nəticəsində 28 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi agentliyə bildirib ki, hücumun hədəfi hərbi məktəbin tələbə yataqxanası olub.
Ölənlərin və yaralıların sayının artacağı ehtimal olunur. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyada-haftarin-silahlilarinin-herbi-yataqxanaya-hucumu-zamani-28-n

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR