ABŞ ordusunun İraqdakı fəaliyyəti məhdudlaşdırıldı

ABŞ ordusunun İraqdakı fəaliyyəti məhdudlaşdırıldı
07:53 5 Yanvar 2020
96 Digər
Ölkə mətbuatı
A- A+

İraq hökuməti ABŞ hərbi qüvvələrinin ölkədəki fəaliyyətini məhdudlaşdırıb.

Publika.az “euronews”ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin hərbi məsələlər üzrə sözçüsü Abdülkərim Hələf açıqlama verib. Bildirilib ki, buna səbəb ABŞ ordusunun Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaniyə qarşı sui-qəsd təşkil etməsidir.

İraq hökuməti bunu ölkənin ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR