Məktəbdə qətliam törədildi - 50 ölü

Məktəbdə qətliam törədildi - 50 ölü
09:03 5 Yanvar 2020
90 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyada üsyançı Xəlifə Haftarın nəzarətindəki qüvvələrin Əl-Hadbə bölgəsində yerləşən hərbi litseyə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50-ni ötüb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, ölənlər arasında Milli Birlik hökumətinin hərbçiləri ilə yanaşı şagirdlər də var. Məlumata görə, şagirdlər axşam yeməyindən sonra yoxlamada iştirak etmək üçün sıraya düzülüblər. Elə bu zaman qırıcılar məktəbə bir neçə hava zərbəsi endirib. Qətliamla bağlı matəm elan edilib.

Qeyd edək ki, Əl-Hadbə bölgəsi BMT-nin tanıdığı Milli Birlik hökumətinin nəzarətindədir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/301020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR