Tramp İranın təhdidlərinə cavab verdi - 52 hədəf məhv ediləcək

Tramp İranın təhdidlərinə cavab verdi - 52 hədəf məhv ediləcək
09:18 5 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ mövqelərinə hücum həyata keçirilsə, İrana məxsus 52 hədəf yerlə bir ediləcək”.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yazılı açıqlamasında Tehranı bu sözlərlə hədələyib. O bildirib:

“Bu bir xəbərdarlıq olsun. İran ABŞ ünsürlərinə və ya amerikalılara hücum edərsə, İrana məxsus 52 hədəfi məhv etmək üçün müəyyən etmişik. Bu hədəflər və İranın özü sürətli şəkildə vurulacaq”.

Qeyd edək ki, 52 rəqəmi təsadüfən seçilməyib. İran illər əvvəl 52 amerikalını girov götürüb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/301019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR