Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq

Bu gün Günəş Yer kürəsinə maksimum yaxınlaşacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Moskva Planetariyası”nın saytında qeyd edilib. Astronom Aleksandr Yakuşeckinin RİA Novosti-yə verdiyi məlumata görə, bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacağı üçün teleskopda göy ulduzunun diski planetlərin bir-birindən maksimum uzaq olduğu iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək.

O bildirib ki, Yer kürəsi, ildə bir dəfə, 2-5 yanvar tarixlərində, şimal yarımkürəsində qışın daxil olmasından 13 gün sonra ən yaxın məsafədən keçir.

Planetimiz Günəş ətrafında 365 gün 6 saat 9 dəqiqə 10 saniyədə tam bir dövr edir. Yer Günəş ətrafında orta hesabla saniyədə 29,765 kilometr sürətlə ellips orbiti ilə hərəkət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR