Şahzadə Diananın qardaşı qızı 60 yaşlı iş adamı ilə evlənir - FOTO

Şahzadə Diananın qardaşı qızı 60 yaşlı iş adamı ilə evlənir - FOTO
10:47 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Şahzadə Diananın qardaşı qızı Ledi Kitti Spenser özündən 31 yaş böyük sevgilisi ilə evlənir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 29 yaşlı Ledi uzun müddətdir birlikdə olduğu 60 yaşlı iş adamı ilə evlənməyə hazırlaşır.

Ledinin gələcək həyat yoldaşı atasından beş yaş böyükdür.

Yaxın rəfiqəsinin verdiyi məlumata əsasən, iş adamı Lediyə Yeni il gecəsi Cənubi Afrikada evlilik təklif edib. Ledi isə düşünmədən təklifə "hə" cavabını verib. İş adamının Ledini çox sevməsi və varlı olmasına rəğmən, sadə olması sevgilisinin ailəsi tərəfindən sevilməsinə və ailəyə qəbul edilməsinə səbəb olub.

Xatırladaq ki, Ledi bundan öncə italyan iş adamı San Pietro ilə sevgili olub.

Qeyd edək ki, Ledi Kitti Spenser gözəlliyi ilə bibisi şahzadə Dianaya bənzəməsi ilə tanınır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR