"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü nə zaman başlayır? - RƏSMİ

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü nə zaman başlayır? - RƏSMİ
10:48 5 Yanvar 2020
31 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətilə çıxan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü bu gün başa çatır.

Bu barədə Publika.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də 6 günlük tətil başa çatır və yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu ilin dekabrın 31-dən 2020-ci ilin yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR