Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
11:32 5 Yanvar 2020
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 01:11-də Türkiyənin Egey dənizi sahillərində 4 bal gücündə zəlzələ baş verib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin İzmir şəhərinin mərkəzindən 21 km məsafədə yerləşən Urla rayonunda, 12 km dərinlikdə olub.
Zəlzələ Aydın və Manisa bölgələrində də hiss edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-zelzele-bas-verib05012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR