Azərbaycanda təcili yardım maşını QATARLA TOQQUŞDU: xəsarət alanlar var - FOTO

Azərbaycanda təcili yardım maşını QATARLA TOQQUŞDU: xəsarət alanlar var - FOTO
11:43 5 Yanvar 2020
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az quruma istinadən xəbər verir ki, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/301033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR