İranda Süleymani ilə vida mərasimi keçirilir - FOTO

ABŞ-ın raket zərbələri nəticəsində ölən İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" xüsusi qüvvələrinin mərhum rəhbəri, general Qasım Süleymani üçün İranın Ahvaz şəhərində cənazə mərasimi keçirilir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimə qatılan 100 minlərlə insan “ABŞ-a ölüm” şüarları səsləndiriblər. Vida mərasimləri başa çatdıqdan sonra Süleymani doğma Kirman şəhərində dəfn olunacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR