UEFA-dan daha bir mübahisəli qərar: bu epizodlar qol sayılacaq

UEFA-dan daha bir mübahisəli qərar: bu epizodlar qol sayılacaq
12:28 5 Yanvar 2020
75 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) futbolda yeni mübahisə mövzusu olacaq qərar hazırlayıb.

Publika.az
xəbər verir ki, yeni qərara əsasən, hücumçu rəqib oyunçudan 12 santimetrə qədər öndə olduğu halda hakimin verdiyi qol qərarı etibarlı sayılacaq.

Bu qaydaya görə, hücumçunun qolu, dirsəyi və ya ayağı rəqibdən 12 santimetr öndə olduğu təqdirdə, vurulan qol ofsayd (oyundan kənar vəziyyət) olaraq qeydə alınmayacaq.

Yeni qaydanın fevral ayında təşkil olunacaq Beynəlxalq Futbol Assosiasiyasının İdarə Heyətinin (IFAB) iclasında rəsmiləşdirilməsi və 1 iyun tarixindən etibarən qüvvəyə girməsi planlaşdırılır.

Bundan əlavə, qərarın AVRO-2020-də tətbiq olunub-olunmaması da iclasda müzakirə mövzusu olacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/301031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR