Edeqor ilin ən yaxşısı seçildi

Edeqor ilin ən yaxşısı seçildi
12:37 5 Yanvar 2020
81 İdman
Ölkə mətbuatı
A- A+

Norveçdə 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "Real Sociedad"da forma geyinən Martin Edeqordur.

O, ölkəsində keçirilən sorğuda bir neçə gün öncə "Borussia Dortmund"a transfer olunan Erlinq Holand "Genk"in yarımmüdafiəçisi Sander Bergen, eləcə də "Bournemouth"un hücumçusu Coşua Kinqi qabaqlayıb.

Qeyd edək ki, Edeqor müqavilə ilə "Real Madrid"ə məxsusdur. 21 yaşlı futbolçu "Real Sociedad"a bu mövsümün əvvəlində icarə əsasında keçib. O, bu komandanın heyətində La Liqada keçirdiyi 16 oyunda 4 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR