ŞOK: Tramp 2 trilyonluq silahlarını İrana qarşı göndərir - SEPAH isə ABŞ-a bu mövqedən hücum edəcək

ŞOK: Tramp 2 trilyonluq silahlarını İrana qarşı göndərir - SEPAH isə ABŞ-a bu mövqedən hücum edəcək
12:48 5 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra iki ölkədən təhdid mesajları gəlməkdə davam edir.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tvitterində yenidən İranı hədələyib.

“Onlar (İran) bizə hücum etdi. Biz də qarşılıq verdik. Əgər yenə hücum edərlərsə - ki bunu etməmələrini tövsiyə edirəm – onları daha əvvəl heç olmadığı qədər sərt şəkildə vuracağıq”,- Tramp yazıb.

İkinci paylaşımında isə ABŞ-ın hərbi silahlar üçün 2 trilyon xərclədiyini vurğulayıb: “Biz dünyanın ən böyüyü və yaxşısıyıq! İran bir Amerika bazasına və ya bir amerikalıya hücum edərsə, bu, yeni və gözəl silah-sursatlardan bəzilərini tərəddüd etmədən onlara göndərərik”.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kirman əyaləti komandanı Qulam Əli Əbu Həmzə isə ABŞ-dan gələn təhdidlərə cavab olaraq ABŞ-ın bölgədəki kritik nöqtələrini təsbit etdiklərinii bildirib. O, ABŞ-I Hörmüz boğazında hədəf alacaqlarına işarə edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/301040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR